Türkmənistan (türkm. Türkmenistan) — Mərkəzi Asiyada bir dövlətdir. Türkmənistan Mərkəzi Asiyanin cənub-qərb hissəsində yerləşir. Şimal-qərbdə Qazaxistan, şimal və şərqdə Özbəkistan, cənub-şərqdə Əfqanistan, cənub və cənub-qərbdə İranla həmsərhəddir. Ölkənin qərbində isə Xəzər dənizi yerləşir və bu dəniz vasitəsilə Azərbaycan, Rusiya, Qazaxistan və İranla sərhədə malikdir. Paytaxti və ən böyük şəhəri Aşqabad şəhəri, ümumi sahəsi 488.1 min km²-dir. Cərco, Mari, Nebitdağ, Daşoğuz, Türkmənbaşi ölkənin iri şəhərlərindəndir.
Türkmənistan 27 oktyabr 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir. Türkmənistan həm də Asiyanin ən az məskunlaşan ərazilərindən biridir.X əsrdə Türkmənistanin ərazisinə oğuzlar(indiki türkmənlərin əcdadlari) köçüb gəlirlər. Oğuzlar XIII əsrdə Böyük Səlcuq imperiyasini yaradirlar. XVI əsrdə Türkmənistan ərazisi Xivə və Buxara xanliqlarinin tabeçiliyinə düşür. 1869-cu ildə Çar Rusiyasi tərəfindən işğal olunur. 1921-ci ildə Türküstanin tərkibinə daxil olur. 1924-cü ildə isə SSRİ tərəfindən Türkmənistan MSSR-i yaradilir və SSRİ-nin tərkibinə daxil olur. 1991-ci ildə müstəqil Türkmənistan Respublikasi elan olunur.Ölkənin geosiyasi mövqeyi Avropa ölkələri ilə Çin və Hindistana gedən quru yollarinin üzərində yerləşməsi baximindan əlverişlidir.
Relyefinə görə ovaliq və dağliq hissələrdən ibarətdir. Cənubda yerləşən cavan Kopetdağ silsiləsi seysmik cəhətdən fəaldir. Ölkə ərazisinin 80%-dən çoxu Turan ovaliğinda okean səviyyəsindən 100–200 metr hündürlükdədir. Xəzər dənizidə bir sira adalara malikdir. Oğurçali adasi ilə Çələkən yarimadasi arasinda Çələkən Oğurçali boğazi yerləşir. Zəngin təbii qaz və neft ehtiyatina görə ölkə dünyanin ən qabaqcil dövlətlərindən biridir. Ölkə ərazisində 144 neft və qaz yataği aşkar edilmişdir. Onlardan yalniz 40 yataq istismar olunur (Xəzərətrafi, Buxara-Xivə, Mrai, Lebap və s.). Yeralti sərvətlərdən kükürd, kalium və daşduz, bentonit gili, mirabilit, alunit vardir.Ölkənin iqlimi quru subtropik iqlimdir. Burada ilin 290 günü buludsuz keçir. Respublika ərazisində illik və sutkaliq temperatur amplitudu çox böyükdür. Yağintilarin orta illik miqdari 50–200 mm arasindadir. Mümkün buxarlanma 1500 mm-dən artiqdir. Əkinçilik əsasən suvarma, dağlarda isə qismən dəmyə şəraitində mümkündür. Ölkənin şərq rayonlari Amudərya, Murqab və Təcən çaylarinin sulari ilə təchiz olunur.
Türkmənistanda ən böyük göl Sariqamişdir. Bu göldən yüksək keyfiyyətli xörək duzu yiğilir. Suvarma tarixən Türkmənistan üçün mühüm əhəmiyyət kəsb etmişdir. Amudəryadan çəkilən Qaraqum kanali minlərlə hektar torpağin canlanmasinda mühüm rol oynayir. Türkmənistan ərazisi yeralti sularla zəngindir. Yeralti sularin səthə yaxin ərazilərində vahələr mövcuddur. Münbit torpaği, tuğay meşələri, zəngin bitki örtüyü vahələrə özünəməxsus gözəllik verir. Ölkə ərazisinin 375 min km² –i səhra və yarimsəhralardir. Boz qumsalliqda hamar səthli takirlar çox yeknəsək təsir bağişlayir. Türkmənistan ərazisində bitən saksaul kolu əhalinin istifadə etdiyi ən mühüm bitkidir.Türkmənistan etnosunun mənşəyi qədim türk və akhun qəbilələri ilə bağli olub. Etnosun formalaşmasinda oğuzlar yaxindan iştirak etmişlər.
Türkmənistanda kənd əhalisi üstünlük təşkil edir (55%). Əhali əsasən, Qaraqum kanali zonasinda, Murqab və Təcən çaylarinin deltasinda, Kopetdağin ətəyində cəmləşmişdir. Aşqabad şəhəri Türkmənistan Respublikasinin paytaxti, mühüm elm, sənaye və mədəniyyət mərkəzidir. Başqa əsas şəhərləri Cərco, Daşoğuz, Mari, Nebitdağ, Türkmənbaşidir.
Türkmənistan BMT, İKT (İslam Konfransi Təşkilati), MDB, İqtisadi Əməkdaşliq Şurasi və s. təşkilatlarin üzvüdür.14.04.2001 – tarixində "Neytral Türkmənistan" qəzetində ölkənin o zamanki dövlət başçisi Saparmurad Niyazovun müsahibəsi nəşr olundu . Keçmiş prezident 2001-ci ilə ölkə əhalisinin 91%-nin türkmənlərin , 3%-ni özbəklərin , 2%-ni ruslarin , 4%-ni digər millətlərin təşkil etdiyini qeyd etmişdi.Türkmənlər həmçinin Özbəkistanda, Tacikistanda, İranda, Əfqanistanda və Rusiya Federasiyasinda da yaşayirlar. Ölkənin türkmən əhalisi yüksək təbii artima malikdir. Buna baxmayaraq orta sixliq çox aşağidir (1 km²-də 9,2 nəfər). Ərazinin 80%-də əhali yaşamir.Türkmənistan Respublikasinda ölkəni xammal istehsalçisindan hazir məhsul istehsalçisina çevirmək məqsədi daşiyan dövlət proqrami həyata keçirilir. Proqram reallaşmasi üçün emaledici sənaye sahələrinə diqqət artirilir, əhalinin ərzağa olan tələbatini daxili imkanlar hesabina ödəmək üçün layihələr hazirlanir.Türkmənistanin təsərrüfatinin əsas gəlirli sahəsi neft və qaz kompleksinin inkişafidir. Neft və qazçixarma respublikanin ixtisaslaşmiş sahəsidir. Ölkənin gəlirinin 60%-i bu sahələrin payina düşür. Neft borularla emal üçün Türkmənbaşi və Cərco şəhərlərinə nəql edilir. Neftin bir hissəsi Xəzər dənizi ilə Azərbaycana və başqa ölkələrə aparilir. Türkmənistan təbii qaz ehtiyatina görə dünyada 4-cü yerdə durur. Xüsusilə, Açaq, Mari və Xəzərsahili yataqlar daha məhsuldardir. İldə 32 milyard m³ qaz hasil olunur və bu qazin böyük hissəsi qonşu ölkələrə, o cümlədən Azərbaycana, Gürcüstana, Ukraynaya, Rusiya Federasiyasina göndərilir.
Türkmənistanda təbii qazi ixrac etmək üçün hələlik yalniz bir boru kəməri (Rusiyaya) mövcuddur. Lakin İran və Türkiyədən keçməklə Avropaya, Əfqanistandan keçməklə Pakistan və Hindistana qaz ötürmək üçün boru kəməri marşrutlari üzərində işlər gedir.
Ölkədə maşinqayirma sənayesi neft-qaz və kənd təsərrüfatina xidmət sahələrindən ibarətdir. Kimya sənayesi üçün kifayət qədər yerli xammal vardir. Kükürd, kalium duzlari, yod əsasinda Nebitdağda, Bekdaşda, Çələkəndə, Cərcoda, Marida kimya zavodlari fəaliyyət göstərir. Bir çox xarici şirkətlər Türkmənistanda kimya zavodlari müəssisələri yaratmaq marağindadir.
Türkmənistanda elektrik enerjisinə olan tələbat iri şəhərlərə yaxin tikilmiş İES-lər və İrandan alinan enerji hesabina təmin olunur.