This is a picture. Türkiyə və ya rəsmi adi ilə Türkiyə Respublikasi - torpaqlarinin əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarimadasinda, çox kiçik bir hissəsi isə Balkan yarimadasinda yerləşən qitələrarasi ölkə.[7] Şimal-qərbdən Bolqaristan, qərbdən Yunanistan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçivan Muxtar Respublikasi), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Araliq dənizi ilə əhatələnmişdir. Bosfor boğazi, Mərmərə dənizi və Dardanel boğazi ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayirir.[8] Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.[9Əhalinin təqribən 70–80%-i özünü etnik türk hesab edir. Əhalinin 20%-ə yaxinini təşkil edən kürdlər ölkədə ən böyük etnik azliq sayilir. Digər etnik azliqlara adiqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir. Rəsmi dil türk dilidir.[14] Türk dili ilə yanaşi kurmanc, bosniya, ərəb, zaza, kabardin-çərkəz və digər dillər də danişilir.Müasir Türkiyə ərazisi paleolit dövründən etibarən müxtəlif xalqlar tərəfindən məskunlaşma mərkəzinə çevrilmişdir. Aysorlar, yunanlar, frigiyalilar, uratular bu ərazilərin ilk sakinləri hesab olunur. Makedoniyali İsgəndər bu əraziləri ələ keçirdikdən sonra yunanlaşma prosesi başlamişdir. Bu proses sonralar Roma İmperiyasi və Bizans İmperiyasi dövründə də davam etmişdir. XI əsrdə Səlcuq türklərinin əraziyə miqrasiyasi başlamişdir. 1071-ci ildə səlcuqlularin Malazgird döyüşündə Bizansa qalib gəlməsi Türkiyə quruluşunun başlama tarixi kimi simvolizə edilir. Rum Sultanliği 1243-cü ildə monqol işğallarina qədər Anadolunu idarə etmiş, həmin tarixdən sonra isə müxtəlif Anadolu bəyliklərinə parçalanmişdir. XIII əsrin sonlarindan etibarən Osmanli sülaləsi Anadoluda yerləşən kiçik bəylikləri özündən asili vəziyyətə salmağa başlamiş və nəticədə, sərhədləri Cənub-Şərqi Avropa, Qərbi Asiya və Şimali Afrikanin çox hissəsini əhatə edən böyük imperiyaya çevrilmişdir.[18] Osmanli İmperiyasi Sultan Süleyman Qanuninin hakimiyyəti illərində ən qüdrətli dövrünü yaşamişdir. İki əsrdən çox müddət ərzində öz qüdrətini qorumasina baxmayaraq, XIX və XX əsrlərdə Avropada strateji əhəmiyyətli ərazilərin itirilməsi, dövlətin hərbi qüdrətinin zəifləməsinə gətirib çixardi. 1913-cü ildə baş vermiş dövlət çevrilişindən sonra ölkənin idarə olunmasi "Üç Paşalar"in əlinə keçdi. Birinci Dünya müharibəsi ərzində Osmanli İmperiyasi İttifaq dövlətlərinə qoşulmağa qərar verdi. Müharibənin başa çatmasindan sonra məğlub olan Osmanli İmperiyasi süquta uğradi. İşğalçi qüvvələrə qarşi başlayan və Mustafa Kamal Atatürkün rəhbərliyi ilə davam edən Türkiyə İstiqlaliyyət müharibəsi 1922-ci ildə monarxiyanin ləğv edilməsi və 1923-cü ildə Türkiyə Respublikasinin əsasinin qoyulmasi ilə nəticələndi.[20] Atatürk ölkənin ilk prezidenti təyin olundu. Atatürk ölkə başçisi seçildikdən qisa müddət sonra tarixə Atatürk islahatlari adi altinda daxil olan bir çox önəmli islahatlar həyata keçirildi.Türkiyə BMT, NATO, BVF və Dünya Bankinin üzvü, həmçinin İqtisadi Əməkdaşliq və İnkişaf Təşkilati, ATƏT, QDİƏT, İƏT və G-20 kimi təşkilatlarin qurucu üzvüdür. Türkiyə 1949-cu ildən Avropa Şurasi, 1963-cü ildən Avropa İqtisadi Birliyi, 1995-ci ildən Avropa İttifaqi Gömrük Birliyinin üzvüdür. 2005-ci ildən etibarən ölkənin Avropa İttifaqina daxil olmasi ilə əlaqədar danişiqlar başlasa da, 2017-ci ildə bu danişiqlar dayandirilib. Hal-hazirda Türkiyə böyüyən iqtisadiyyati və diplomatik təşəbbüsləri sayəsində regional güc olaraq qəbul edilir.