Rusiya və ya rəsmi adi ilə Rusiya Federasiyasi — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanin ən böyük ölkəsidir və dünya yaşayiş sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxistan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazi vasitəsilə ABŞ ştati olan Alyaska ilə qonşudur. Paytaxti və ən böyük şəhəri Moskvadir. Rusiyanin ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayi 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanin doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayilir və çox müxtəlif reylef və iqlimə malikdir. Federasiya yari prezident idarəetmə üsuluna malik respublikadir.[3]Rusiyanin tarixi III və VIII əsrlər arasinda Avropada taninan bir qrup olaraq ortaya çixan Şərq Slavyanlari ilə başlayir. IX əsrdə Varyaqlar tərəfindən qurulan və idarə olunan Orta Əsr Kiyev Rus Dövləti ortaya çixdi. 988-ci ildə Bizans İmperiyasindan Pravoslav Xristianliği qəbul edildi və sonraki minillik üçün buraya Bizans və Slavyan mədəniyyətlərinin sintezi başladi. Daha sonra Kiyev Rus Dövləti bir sira kiçik dövlətlər halina parçalandi və torpaqlarinin əksəriyyəti Monqollar tərəfindən istila edilib Qizil Orda Dövlətinin qollari halina gəldi. Qizil Orda Dövlətindən müstəqilliyini elan edən Rus knyazliqlari yavaş-yavaş yenidən birləşib Moskva Knyazliğini qurmuş və Kiyev Rus Dövlətinin mədəni və siyasi irsinin ardicili olmuşdur. 18-ci əsrə gəldikdə, böyük ölçüdə fəth, ilhaq və kəşf yolu ilə Avropada Polşadan Şimali Amerikada Alyaskaya qədər uzanan tarixin ən böyük üçüncü imperiyasi olan Rus İmperiya halina gəldi.1917-ci il Oktyabr İnqilabindan sonra Rusiya Sovet Federativ Sosialist Respublikasi, dünyanin ilk konstitusiyali sosialist dövləti olmuş və II Dünya Müharibəsində müttəfiqlərə qarşi qələbədə həlledici rol oynayaraq Super güc ölkəsi kimi taninan, SSRİ-nin ən böyük və aparici dövlətlərindən biri oldu. SSRİ dövründə dünyanin ilk süni peyki və ilk insanli kosmik uçuşu daxil olmaqla, XX əsrin ən əhəmiyyətli texnoloji nailiyyətləri məhz burada həyata keçirilib. Rusiya Federasiyasi, SSRİ-nin dağilmasinin ardindan 1991-ci ildə yaradilib və SSRİ-nin ardicili kimi taninir.882-ci ildən etibarən kəsilməz dövlətçiliyi mövcuddur. "Rusiya" (rus. "Россия") adini rəsmi dövlət adi kimi ilk dəfə I Pyotr 1721-ci ildə ölkəni Rusiya İmperiyasi adlandiranda istifadə etmişdir. Rusiya Federasiyasi adini 25 dekabr 1991-ci ildə almişdir.Slavyanlar Volqa və Oka çaylari arasindaki ərazilərə hələ VIII–IX əsrlərdə gəlmişdilər. Onlar Volqa çayi ilə Rus düzənliyinin yuxari və aşaği hissələrinə hərəkət edirdilər. Baltik dənizindən Volqa və Dnepr çay hövzələrinə gedən çay yollarinda ən qədim rus şəhərləri Novqorod, Pskov, Smolensk salinmişdir. IX–XII əsrlərdə qədim rus tayfalari Vyatka, Kama, Şimali Dvina, Peçora çay hövzələrinə irəliləmişdilər. Bu dövrdə qədim rus şəhərlərinin, Moskvanin, Vladimir, Suzdal, Ryazan, Tver, Yaroslavl, Voloqdanin əsasi qoyulmuşdur.Rusiya Federasiyasinin dövlət-ərazi inkişafi qədim rus dövləti olan Kiyev Rus dövlətindən başlamişdir. Bu dövlətin tərkibinə müasir Rusiyanin şimal-qərb və mərkəz torpaqlari daxil idi. XIII–XIV əsrlərdə Moskva knyazliği yaranmiş və bu da yeni rus dövlətinin formalaşmasinin özəyini təşkil etmişdir. XVI əsrin ərtalarinda Rus dövlətinin tərkibinə Volqaboyunun xalqlari məskunlaşan ərazilər qatilmiş (Kazan və Həştərxan xanliqlari) və burada Simbirsk, Samara, Saratov, Kamişin, Saritsin (indiki Volqoqrad) kimi qala-şəhərlər salinmişdir.XVI əsrdə ruslarin Şərqi Avropa düzənliyinin meşə-çöl hissəsinə hərəkəti güclənmiş və burada Tambov, Voronej kimi qala-şəhərlər tikilmişdir. Don çayinin aşaği axarlarinda kazak, Ağ dənizin sahillərində isə pomorlarin yaşayiş məntəqələri yaradilmişdir. Şərqə hərəkət edərək ruslar artiq XVI əsrin axirlarinda Ural dağlarini aşmiş və Qərbi Sibir düzənliyində məskunlaşmişlar. Burada uzun müddət Sibirin paytaxti sayilan Tobolsk şəhəri salinmişdir. XVII əsrdə Yenisey və Lena çaylari sahilində rus qalalari tikilmiş və həmin əsrdə də ruslar Baykal gölünə çatmişlar. Təxminən yarim əsr vaxt lazim olmuşdur ki, ruslar Ural dağlarindan sərt Şimali Asiyani keçərək Sakit Okean sahillərinə çatsinlar. Ruslarin şərqə yürüşü XVII əsrdə Kamçatka yarimadasinin ələ keçirmələri ilə başa çatmişdir. XVIII–XIX əsrlərdə ruslar Krimda, Mərkəzi Asiya, Qafqaz və Avropada yaşayan bir neçə xalqi özlərinə tabe etdirə bilmişdilər. Beləliklə böyük rus imperiyasi yaranmişdir. 1917-ci il Oktyabr inqilabindan sonra keçmiş Rusiya imperiyasinin ərazisində bir neçə formal respublikalar yaranmişdi. 1922-ci ildə həmin respublikalar Sovet Sosialist Respublikalari İttifaqi (SSRİ) çərçivəsində birləşmişlər.