Pakistan və ya rəsmi adi ilə Pakistan İslam Respublikasi — Cənubi Asiyada dövlət. Pakistan əhalisinin sayina görə 6-ci, sahəsinə görə 33-cü yerdədir. Dəniz sahili ərazisinin uzunluğu 1,046 km-dir. Ölkə cənubdan Ərəbistan dənizi və Oman körfəzi, şərqdən Hindistan, qərbdən Əfqanistan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin Xalq Respublikasi ilə əhatə olunmuşdur. Tacikistanla arasinda Əfqanistana məxsus Vahan dəhlizi yerləşən Pakistan, həmçinin Omanla dəniz sərhəddinə sahibdir. Paytaxti İslamabad, ümumi sahəsi 881,913 kvadrat kilometr, əhalisinin sayi 212 milyondan çoxdur.Hazirda Pakistanin nəzarəti altinda olan ərazilər bir neçə qədim mədəniyyətə ev sahibliyi etmişdir. Bunu Neolit və Tunc dövrünə məxsus abidələr, yaşayiş məntəqələri və s. sübut edir. Bu ərazidə vaxtilə Əhəmənilər İmperiyasi, Makedoniyali İsgəndər, Mauriya İmperiyasi, Əməvilər sülaləsi, Qupta İmperiyasi[2], Dehli sultanliği, Monqol İmperiyasi, Böyük Moğol İmperiyasi, Dürranilər İmperiyasi və Britaniya İmperiyasi kimi nəhəng imperiyalar və hökmdarlar ağaliq etmişdir. Məhəmməd Əli Cinnah tərəfindən başladilmiş Pakistan hərəkati və yarimqitənin müstəqillik uğrunda mübarizədə qalib gəlməsi nəticəsində Pakistan dövləti 1947-ci ildə müstəqillik əldə etmişdir.[3] Ölkə etnik və dil baximindan müxtəlifdir. Eyni müxtəliflik özünü ölkənin coğrafiyasi və təbiətində də büruzə verir. Pakistan 1956-ci ildə konstitusiyani qəbul etmiş, beləliklə İslam respublikasina çevrilmişdir. 1971-ci ildə başlamiş etnik vətəndaş müharibəsi Şərqi Pakistanin ölkənin əsas hissəsindən ayrilmasi və Banqladeş adi ilə müstəqillik qazanmasi ilə nəticələnmişdir.[4] 1973-cü ildə Pakistanda yeni konstitusiya qəbul olundu. Nəticədə, dörd vilayət və dörd federal ərazidən ibarət olan mərkəzi İslamabad şəhərində yerləşən federal hökumətin əsasi qoyuldu. Yeni konstitusiyadaki bütün qanunlarin İslam qaydalarina uyğun olmasi əsas şərt hesab olunurdu. Pakistan Azərbaycanin ərazilərini işğal etdiyi üçün Ermənistanin dövlət müstəqilliyini tanimayan yeganə BMT üzvüdür.1947-ci ildə istiqlaliyyət qazanan Hindistan dini icma prinsipi əsasinda iki dövlətə — Hindistan və Pakistan dövlətlərinə bölündü. 1947-ci ilin avqustun 14-də müstəqil Pakistan dövlətinin yaradildiği elan edildi. Onun əhalisi əsasən müsəlmanlardan ibarət idi. 1948–1950-ci illərdə ölkədə vergi və torpaq islahatlari keçirildi. 1956-ci ilin martin 23-də Pakistan federativ respublika elan olundu. Onun tərkibinə iki vilayət — Qərbi və Şərqi Pakistan daxil idi. Ölkədəki qeyri-sabitlik 1958-ci il oktyabrin 8-də hərbi çevrilişə gətirib çixardi. Hərbi hökumət konstitusiyanin və siyasi partiyalarin fəaliyyətini qadağan etdi. 1962-ci il martin 1-də Pakistan prezident respublikasi oldu. Prezident vəzifəsinə hərbi hakimiyyətin başçisi Əyyub xan seçildi. 1965-ci ildə Hindistanla Kəşmir ərazisi uğrunda hərbi münaqişə baş verdi.1966-ci ildə Daşkənddə Hindistan və Pakistan başçilarinin görüşü oldu. Birgə raziliq bəyannaməsi qəbul edildi və münaqişə dinc yolla nizama salindi. Siyasi müxalifətin güclənməsi və Şərqi Benqaliyanin ayrilmasi uğrunda kütləvi hərəkatin başlanmasi 1969-cu ildə Pakistanda siyasi böhrana səbəb oldu. Həmin il martin 25-də Pakistanda yeni hərbi çevriliş baş verdi. Hakimiyyətə general Yəhya xan gəldi. 1970-ci ildə Pakistanin tarixində ilk dəfə olaraq parlament seçkiləri keçirildi. Seçkilər zamani əksəriyyət səsi ölkənin şərqində Xalq Liqasi Partiyasi, qərbində isə Pakistan Xalq Partiyasi qazandilar. Xalq Liqasi partiyasi Şərqi Benqaliyaya muxtariyyət verilməsi tələbi ilə çixiş etdi. Pakistan hökuməti bu tələbi rədd etdi. Ölkənin şərq hissəsində separatizm hərəkati başlandi.Pakistan (urdu. پاکِستان; ing. Pakistan) və ya rəsmi adi ilə Pakistan İslam Respublikasi (urdu. اِسلامی جمہوریہ پاکِستان; ing. Islamic Republic of Pakistan) — Cənubi Asiyada dövlət. Pakistan əhalisinin sayina görə 6-ci, sahəsinə görə 33-cü yerdədir. Dəniz sahili ərazisinin uzunluğu 1,046 km-dir. Ölkə cənubdan Ərəbistan dənizi və Oman körfəzi, şərqdən Hindistan, qərbdən Əfqanistan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin Xalq Respublikasi ilə əhatə olunmuşdur. Tacikistanla arasinda Əfqanistana məxsus Vahan dəhlizi yerləşən Pakistan, həmçinin Omanla dəniz sərhəddinə sahibdir. Paytaxti İslamabad, ümumi sahəsi 881,913 kvadrat kilometr, əhalisinin sayi 212 milyondan çoxdur.Hazirda Pakistanin nəzarəti altinda olan ərazilər bir neçə qədim mədəniyyətə ev sahibliyi etmişdir. Bunu Neolit və Tunc dövrünə məxsus abidələr, yaşayiş məntəqələri və s. sübut edir. Bu ərazidə vaxtilə Əhəmənilər İmperiyasi, Makedoniyali İsgəndər, Mauriya İmperiyasi, Əməvilər sülaləsi, Qupta İmperiyasi[2], Dehli sultanliği, Monqol İmperiyasi, Böyük Moğol İmperiyasi, Dürranilər İmperiyasi və Britaniya İmperiyasi kimi nəhəng imperiyalar və hökmdarlar ağaliq etmişdir.Məhəmməd Əli Cinnah tərəfindən başladilmiş Pakistan hərəkati və yarimqitənin müstəqillik uğrunda mübarizədə qalib gəlməsi nəticəsində Pakistan dövləti 1947-ci ildə müstəqillik əldə etmişdir.[3] Ölkə etnik və dil baximindan müxtəlifdir. Eyni müxtəliflik özünü ölkənin coğrafiyasi və təbiətində də büruzə verir. Pakistan 1956-ci ildə konstitusiyani qəbul etmiş, beləliklə İslam respublikasina çevrilmişdir. 1971-ci ildə başlamiş etnik vətəndaş müharibəsi Şərqi Pakistanin ölkənin əsas hissəsindən ayrilmasi və Banqladeş adi ilə müstəqillik qazanmasi ilə nəticələnmişdir.[4] 1973-cü ildə Pakistanda yeni konstitusiya qəbul olundu. Nəticədə, dörd vilayət və dörd federal ərazidən ibarət olan mərkəzi İslamabad şəhərində yerləşən federal hökumətin əsasi qoyuldu. Yeni konstitusiyadaki bütün qanunlarin İslam qaydalarina uyğun olmasi əsas şərt hesab olunurdu.Pakistan Azərbaycanin ərazilərini işğal etdiyi üçün Ermənistanin dövlət müstəqilliyini tanimayan yeganə BMT üzvüdür.