This is a picture. Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adi 日本国 Nippon-koku və ya Nihon-koku, "Yaponiya dövləti") — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanin, Cənubi Koreyanin və Rusiyanin şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasina qədər uzanir. "Yaponiya" adinin "günəş" mənasi kanci ilə bağlidir və Yaponiya tez-tez "Gündoğan ölkə" adi ilə çağirilir. Yaponiya 6.852 adadan ibarət stratovulkanik arxipelaqdir. Yaponiyanin ən böyük dörd adasi — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adasi ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanin əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadiği və bir-birinə yaxin olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin Tokio–Yokohama aqlomerasiyasi kimi taninir) əhalisinə görə son 60 il ərzində dünyanin ən böyük şəhər aqlomerasiyasidir.[10] Tokio və ətrafindaki bir neçə prefekturani əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayir, bu isə burani dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir. Aparilmiş arxeoloji qazinti işləri Yaponiyanin Üst Paleolit dövründə məskunlaşildiğini göstərir. Yaponiya haqqinda məlumat verən ilk mənbə I əsrə aid olan Çin tarixi mətnləridir. Digər regionlardan, xüsusilə Çindən böyük təsir, həmçinin izolyasiya dövrü, daha sonra Qərbi Avropanin təsiri Yaponiya tarixini xarakterizə edir. XII əsrdən 1868-ci ilə qədər Yaponiya imperatorun naminə fəaliyyət göstərən feodal şoqunlar tərəfindən idarə olunmuşdur. Yaponiya XVII əsrin əvvəllərində uzun müddət davam izolyasiya dövrünə daxil olmuş, bu izolyasiya 1853-cü ildə ABŞ donanmasinin Yaponiyaya Qərbi Avropaya açilmasi barədə təzyiq etməsinə qədər davam etmişdir. Təxminən 20 il davam edən daxili konfliktdən və üsyandan sonra 1868-ci ildə İmperator Meyci ölkənin hökmdari olmuş və Yaponiya imperiya, imperator isə xalqin müqəddəs simvolu elan edilmişdir. XIX əsrin sonlarinda, XX əsrin əvvəllərində — Yaponiyanin hərbi gücünün artdiği dövrdə Birinci Çin-yapon müharibəsi, Rus-yapon müharibəsi və Birinci Dünya Müharibəsində əldə olunmuş qələbələr Yaponiyaya imperiya ərazisini genişləndirməyə imkan yaratmişdir. 1937-ci ildə baş vermiş İkinci Çin-yapon müharibəsi 1941-ci ildə İkinci Dünya Müharibəsinin bir hissəsinə çevrilmiş, lakin Yaponiya İmperiyasinin müharibəyə qatilmasi 1945-ci ildə Hiroşima və Naqasaki şəhərlərinə atom bombalarinin atilmasi, sonda isə məğlub olmasi ilə nəticələnmişdir. 1947-ci ildə ölkənin yeni konstitusiyasi qəbul olunandan bəri Yaponiya imperator və seçkilərlə seçilmiş qanunverici orqan — Yaponiya parlamenti tərəfindən idarə olunan unitar, konstitusiyali monarxiyaya malik ölkədir. Yaponiya BMT, G7, G8 və G20-nin üzvüdür. Yaponiya böyük gücdür.[11][12][13] Yaponiya nominal ÜDM-ya görə dünyanin ən güclü 4-cü, aliciliq gücünün tarazliğina görə isə dünyanin ən güclü 3-cü iqtisadiyyatina malikdir. Dövlət həm də dünyanin ən böyük 5-ci ixracatçisi və dünyanin ən böyük 5-ci idxalçisidir. Yaponiya rəsmi olaraq müharibə elan etməmək istədiyini konstitusiyasinda göstərsə də, Yaponiya dünyanin ən böyük 8-ci hərbi büdcəsinə malikdir[14] və silahli qüvvələrindən ancaq özünü və sülhü qorumaqda istifadə etdiyini bildirir. Yaponiya yüksək yaşayiş normasina və İnsan İnkişafi İndeksinə malik inkişaf etmiş ölkədir, əhali yüksək yaşayiş imkanlarindan yararlanir. Ölkə körpə ölümünün ən az müşahidə olunduğu 3-cü ölkədir.[15][16][17] Yaponiya Ölkə Brend İndeksində 1-ci,[18] Qlobal Sülh İndeksində isə Asiya ölkələri arasinda 1-ci yerdədir.Azərbaycan sözü olan Yaponiya sözünün, yapon sözü olan 日本 (yapon dilində Nippon qulaq as və ya Nihon qulaq as kimi tələffüz olunur) sözünün qədim mandarin dili və U dilindəki tələffüzündən törəndiyi güman olunur. Yaponlar özlərini Nihoncin (日本人?), dillərini isə Nihonqo (日本語?) adlandirirlar. Azərbaycanca köhnə mənbələrdə Japon (azərb-ərəb. ژاپون‎)[20] və ya Məmləkəti Japon (azərb-ərəb. مملکت ژاپون‎)[21] ifadələrinə də təsadüf edilmişdir. Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Yaponya" adlandirilmişdir.[22] Meyci islahatindan İkinci Dünya Müharibəsinin sonuna qədər ölkənin tam adi Dai Nippon Teikoku (大日本帝國?) ("Böyük Yaponiya İmperiyasi") idi. Müasir dövrdə Nippon-koku və ya Nihon-koku (日本国?) adindan istifadə olunur: yapon dilində Yaponiya kimi izahedici işarəsi olmayan ölkə adlarina "ölkə", "dövlət", "xalq" mənasini verən koku (国?) sözü artirilir. Niçi (日?) "günəş" və ya "gün" deməkdir; hon (本?) isə "təməl" və ya "mənşə" mənasini verir. Sözün ümumi mənasi "günəşin mənşəyi" və ya "günəşin doğmasi" deməkdir (çinlilərin yanaşmasina görə günəş Yaponiyada doğur); buna görə də Qərbdə Yaponiya üçün "Gündoğan ölkə" adindan da istifadə olunur. Nihon sözünün rəsmi istifadəsindən əvvəl Yaponiya Va (倭?) və ya Vakoku (倭国?) kimi taninmişdir.[23] "Yaponiya" sözü qədim ticarət yollari vasitəsilə Qərbə gəlmişdir. Yaponiya sözünün qədim mandarin və ya U dilindəki tələffüzünü Marko Polo (吳語) Cipangu kimi qeyd etmişdir. U dilinin dialekti olan müasir Şanxay dialektində 日本 (Yaponiya) işarələrinin tələffüzü [[Beynəlxalq fonetik əlifba|[zəʔpən]]] şəklindədir. Qədim malay dilində Yaponiya üçün istifadə olunmuş Cepanq sözü çin dilinin cənub sahilinin dialektlərindən (güman ki, Fukkin və ya Ninqpo dialektləri[24]) alinmişdir. XVI əsrdə Malakkaya gələn Portuqaliya tacirləri bu malay sözü ilə taniş olmuşdular. Bu sözü ilk dəfə Avropaya gətirənlər portuqallar idi.[25] İngilis dilində bu söz ilk dəfə Gaipan şəklində 1565-ci ildə qeydə alinmişdir.