Gürcüstan (gürc. საქართველო – Sakartvelo) — Cənubi Qafqazda dövlət. Gürcüstan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir. Ölkənin qərbində isə Qara dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Tbilisi şəhəri, ümumi sahəsi 69,700 kvadrat kilometrdir. Gürcüstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir.
MapWikimedia | © OpenStreetMap
Gürcüstan
Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Kolxida və İberiya krallıqlarına gedib çıxır. Dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır. XIX əsrin əvvəlində Rusiyaya birləşdilib. 1918-ci ildə müstəqillik əldə etsə də, qısa müddətdən sonra RSFSR tərəfindən işğal olundu.Gürcülər özlərini "kartveli" (gürcü) (tək hal) və "kartvelebi" (gürcülər) (cəm hal), ölkələrini "Sakartvelo" (Gürcüstan / kartvel və ya gürcü diyarı), dillərini "kartuli" (gürcücə, kartvelcə) və ya "kartuli ena" (gürcü dili, kartvel dili) olaraq adlandırır. Kartvelebi adlanan qrup isə sadəcə gürcülərin əksəriyyətini deyil, Gürcüstanın digər kartveldilli millətlərini də (bunlara meqrelləri və svanları aid etmək olar) əhatə etməkdədir.
Qonşuları və bölgə xalqları tərəfindən gürcülər fərqli adlarla tanınırlar: azərbaycanlılar "gürcü", "gürcülər", "Gürcüstan", türklər "gürcü", "gürcüler", "Gürcistan", farslar "qorci", "qorciha", "Qorcestan", ermənilər "vratsi", "vratsineri", "Vrastan", ruslar "qruzin", "qruzinı", "Qruziya" ifadələrini istifadə edirlər. İngiliscə isə "Georgian" (corcian), "Georgians" (corcians) və "Georgia" (Corciya) adları istifadə edilirlər.
Fars dilindən qaynaqlanan "gürcü" sözünün mənşəyi haqqında iki fərqli yanaşma mövcuddur. Bunlardan birincisi qədim yunan və latın mənşəli, "təsərrüfatla əlaqəsi olan" mənasında işlənən "georgos / georgicus" sözündən əmələ gəldiyinə dair teoremdir. Bir başqa yanaşma isə qədim fars dövlətində gürcülərin "Gurcan" və ya "Gurc" olaraq adlandırıldığı və "gürcü", "georgian" kimi adların farsca "gorg" (canavar) sözündən gəldiyi və bu sözdən yaranmış olmasıdır.Uzaq keçmişdə bu ərazilərdə yunanlara və romalılara məlum olan iki dövlət mövcud idi: İberiya və Kolxida. Bu dövlətlər 337-ci ildə xristianlıq qəbul etdilər. Bizans və ərəb idarəsindən qurtarıb gürcü məlikləri XI əsrdə torpaqlarını birləşdirib müstəqil Gürcü şahlığını yaratdılar. XII əsrdə bu şahlıq qonşu əraziləri fəth edib güclü bir dövlətə dönür. XIV əsrdən bəri monqollar, iranlılar və osmanlılar ölkəyə hücum edib müstəqilliyinə dəfələrlə son qoyurdular. 1783-cü ildə gürcü Kartli-Kaxeti şahı İrakli II Rusiya ilə Georgievsk müqaviləsini imzaladı. Bu müqavilə əsasəm Rusiya Gürcüstana mühafizə tə'min etsə də, Qacarlar hələ də ölkəyə qarşı hücum etməyə davam edirdi. 1801-ci ildə Gürcüstan Rusiya tərəfindən zəbt edildi. 1810 Rusiya qərbi gürcü İmereti çarlığını da özünə tabe etdi. 1918-ci ilə 1921-ci illər arasında Gürcüstan müstəqil respublika idi. 1921-ci ildə rus ordusu Gürcüstana daxil olub, müstəqilliyi ləğv etdi və SSRİ-nin tərkibində Gürcüstan Sovet Sosialist Respublikası yaradıldı. 1922–1936-cı illərdə Gürcüstan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasına daxil idi. 1991-ci ildən bəri Gürcüstana Respublikası müstəqil ölkədir.Gürcüstanın iqlimi coğrafi bölgələr üzrə dəyişkəndir. Qafqaz dağlarının soyuq şimal küləklərini və ölkənin Qaradənizdən gələn nəmli və isti bir hava axınının təsirində qalması iqlimin yumşaq və yağışlı olmasına imkan yaradır.
Qara Dənizə yaxın Kolxida ovalığında isə astropikal iqlim özəllikləri görülür. Əsasən payız və qış aylarında yağan yağışlar qərbdən şərqə doğru getdikcə azalır. Kolxida ovalığında ildə orta hesabla 1600–2000 mm. olan yağış miqdarı Kartli və Kaxetiya yaylalarında 508 miliimetrə qədər azalır.
Yay və qış arasındakı istilik fərqi qərbdə çox dəyişkən quru iqliminin hökm sürdüyü şərqə daha çoxdur.
Gürcüsdan qədim döv Gürcüstanın ən vacib faydalı qazıntı ehtiyatları marqans, mis, arsen, qurğuşun, sink filizi və digər metal filizi yataqları, həmçinin neft və daş kömürdür. Gürcüstanın əsas neft yataqları Kolxida düzənliyində və Kaxetiya regionunun cənub hissəsində, Azərbaycanla sərhəd ərazilərdə yerləşir. Neft yataqları 350–1500 metr dərinliklərdə yerləşir. Daş kömür ehtiyatları əsasən qərbi Gürcüstanda yerləşir. Onun ehtiyatları bir neçə yüz milyon tondur. Dəmir filizi ehtiyatı 150 milyon ton, marqans yataqları ehtiyatı 50 milyon ton həcmində dəyərləndirilir.Təbii su ehtiyatları baxımından zəngin bir ölkə olan Gürcüstanda Böyük Qafqaz dağlarının buzlaqlarından qidalanan Bzibi, Kodori, İnquri, Tsxenitskali və Rioni çayları Qara dəniz hövzəsinə daxildirlər. Mənbəyi Türkiyədən başlayan Çorux çayı Batum yaxınlarında Qara dənizə, Kür isə Xəzər dənizinə tökülür. Kürün qolları olan Liaxvi, Çama, Tana, Tedzami, Araqvi, İori və Alazanidən əkin sahələrinin sulanmasında əhəmiyyətli yer tutur.
Cavaxetiya vulkanik yaylasında olan irili xırdalı bir neçə göl yağış və yeraltı su mənbələrindən qidalanır; bu göllərdə bol miqdarda forel ve sazan balıqları var.