Fransa Respublikasi (fr. République Française), yaxud qisaca Fransa, köhnə mənbələrdə Firəngistan[2] — Qərbi Avropada dövlət. O, Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə həmsərhəddir.
Fransa Avropa İttifaqinin qurucu üzvüdür. Rusiya və Ukraynadan sonra ərazicə Avropanin ən böyük 3-cü ölkəsidir. Avropa qitəsinin qədim dövlətlərindən sayilir.
Kontinental Fransa cənubda Araliq dənizindən şimalda La-Manş və Şimal dənizinə, şərqdə Reyn çayindan qərbdə Atlantik okeanina qədər uzanan torpaqlarda yerləşir. Fransizlar torpaqlarinin formasina görə ölkələrini altibucaqli (fransizca: L'Héxagone, "l'e-gza-gon" kimi oxunur) adlandirirlar.
Fransa idarəetmədə yari prezident sistemi olan unitar dövlətdir. Ölkənin əsas prinsipləri və ideallari İnsan və Vətəndaş Hüquqlari Bəyannaməsində izah edilir.
Xaricdəki əyalətlərində o, həmçinin Fransiz Qvianasi vasitəsilə Braziliya və Surinamla və Saint Martin adasi vasitəsilə Hollandiya Antilləri ilə həmsərhəddir. Fransa Böyük Britaniya ilə La-Manş boğazinda dəniz səthinin altindan keçən Manş Tuneli ilə bağlidir.
XVII əsrin ikinci yarisindan başlayaraq Fransa beynəlxalq münasibətlər sahəsində dünyanin aparici dövlətlərindən biri olmuşdur. 18–19-cu əsrlər arasinda Fransa dövrün ən böyük müstəmləkə imperiyalarindan birini qurdu. Bu dövrlərdə Fransanin sərhədləri Qərbi Afrikadan Cənub-Şərqi Asiyaya qədər uzanaraq təsir etdiyi bölgələrdəki cəmiyyətlərin mədəniyyətində və siyasətində özünəməxsus izlər buraxmişdir.
Dünyada 6-ci olan nominal ümumi daxili məhsul və 7-ci olan aliciliq qabiliyyəti pariteti ilə inkişaf etmiş iqtisadiyyata malikdir və inkişaf etmiş ölkələr sinfindədir.
Fransa, ölkədə iyirmi dörd saatdan az qalanlar, o cümlədən işgüzar səfərlər üçün gələnlər istisna olmaqla, ildə təxminən 82 milyon turistlə dünyanin ən çox ziyarət edilən ölkəsidir.
Fransa Avropa İttifaqi adli siyasi və iqtisadi təşkilatin qurucu üzvlərindən biridir və birliyə üzv ölkələr arasinda ən böyük əraziyə malikdir. Ölkə həm də Birləşmiş Millətlər Təşkilatinin qurucu üzvlərindən biridir; Frankofoniya həm də G8 sammitlərinin, Latin İttifaqinin və NATO-nun iştirakçisidir. Birləşmiş Millətlər Təşkilatinin Təhlükəsizlik Şurasinin beş daimi üzvündən biridir. 360 effektiv döyüş başliği və 59 atom elektrik stansiyasi ilə mühüm nüvə enerjisidir.
"Fransa" adi franklarin yurdu mənasina gələn Frankiya sözündən yaranmişdir, lakin frank sözünün mənşəyi ilə bağli bir neçə iddia mövcuddur. Bunlardan biri bu sözün German dillərində nizə mənasina gələn frankona sözündən yarandiği yönündədir.
Başqa bir iddiaya görə isə frank sözü qədim German dilində "azad" mənasina gələn frey sözündən yaranib. Frank sözü müasir fransizcada "franc" şəklində hələ də yaşamaqdadir və 2000-ci ildə avro rəsmi pul vahidi olana qədər Fransanin rəsmi pul vahidinin adinda istifadə olunub.Təxmini olaraq Fransa əhalisi 67 milyondur, əhalinin böyük hissəsi şəhərlərdə məskunlaşmişdir. Fransa əhali sayina görə dünyada 20-ci, Avropada isə 3-cü yerdədir. Fransa Avropa İttifaqinda əhali sayina görə Almaniyadan sonra 2-ci yerdədir. Əhalinin əsas hissəsi sahilboyu, həmçinin iri şəhərlərdə məskunlaşmişdir. Paris şəhəri dünyanin ən six məskunlaşmiş bölgələrindədir. Əhalinin əsas hissə qərbdə-Paris aqlomerasiyasinda yerləşmişdir.
2004-cü ildə Fransa əhalisinin illik artim sürəti 0,68%, 2006-ci ildə doğum sayi ölüm sayindan 300000 nəfər çox olmuşdur. 2002-ci ildə hər qadina düşən uşaq sayi 1,88 olduğu halda, 2008-də bu rəqəm 2,02-yə yüksəlmişdir.
2004-cü ildə ümumilikdə 140033 nəfər xarici ölkələrdən Fransaya köç edib. Bunlardan 90250-si Afrika ölkələrindən, 13710-u isə Avropa ölkələrindən olmuşdur.Fransa vicdan azadliğinin konstitusiyada əksini tapdiği dünyəvi bir ölkədir. 2007-ci ilin yanvarinda aparilan bir anket statistikasinin nəticələrinə görə fransizlarin 51%-i katolik, 31%-i ateist, 4%-i müsəlman, 3%-i protestant, 1%-i yəhudi, 1%-i buddist, 10%-i isə başqa dinlərə mənsub olduğunu bildirmişdir.
Avropa ölkələrində statistik araşdirmalar Avrobarometr adli qurumun apardiği daha dəqiq bir nəticəyə görə fransiz xalqinin 34%-i bir tanrinin varliğina inandiğini, 27%-i müqəddəs varliğa inandiğini, 33%-i isə hər hansi bir tanrinin varliğina inanmadiğini bildirmişdir.
Fransada yaşayan müsləmanlarin sayi barəsindəki fərziyyələr olduqca dəyişkəndir. 1999-cu ildə aparilan əhalinin statistika məlumatlarina görə Fransada yaşayan və müsəlman olan insanlarin sayi 3,7 milyon və ya o dövrkü əhalinin 6,3%-i səviyyəsində hesablanmişdir. Ancaq 2003-cü ildə Fransa Daxili İşlər Nazirliyinin nəşr etdiyi ölkədəki taxmini müsəlman sayi 5–6 milyon olaraq açiqlanmişdir. Müsəlman əhalinin əksəriyyətini ərəb, Məğrib, zənci mənşəlilər və türklər təşkil etməkdədir. Bu da əhalinin 8–10%-i deməkdir. Fransada yaşayan yəhudilərin ümumi sayi isə 600 mindir və Avropadaki ən böyük yəhudi diasporudur.