İngiltərə (ing. England) — Böyük Britaniya kralliğina daxil olan tarixi və inzibati ərazi, Böyük Britaniya adasinin cənub hissəsində yerləşir. Paytaxti Londondur. Krallari IIIÇarlzdir. Rəsmi dili ingilis dilidir. Əsas əhalisi ingilislərdir.1066-ci ildə Normandiya hersoqu Vilhelm İngiltərəni işğal etdi. Beləliklə, İngiltərədə mərkəzləşmiş dövlət yaradilmasinin başlanğici qoyuldu. O, La-Manşi keçdi. Hastinqs vuruşmasi başlandi. Vilhelm hiyləyə əl atdi. O, qoşununu geri çəkdi. Vilhelmin atli qoşunu hücuma keçib anqlo-saks qoşunlarina qalib gəldi, döyüşdə anqlo-saks krali öldürüldü. London tutuldu, Vilhelm Fateh adi ilə İngiltərənin krali oldu. Yerli feodallarin torpağini öz vassallarina payladi. İngiltərə torpağinin yeddidə birini özünə götürdü. Nəticədə İngiltərədə kral hakimiyyəti gücləndi və mərkəzləşmiş dövlətin əsasi qoyuldu.
XII əsrdə İngiltərə krali II Henrixin islahatlari kral hakimiyyətini daha da gücləndirdi. İslahata əsasən hər bir azad adam yerli feodali xəbərdar etmədən birbaşa kral məhkəməsinə müraciət edə bilərdi. İstintaqi 12 yerli sakin aparirdi. Onlar düzgün istintaq aparmaq üçün Bibliyaya and içirdilər. İstintaqin nəticəsi kral məhkəməsinə təqdim edilirdi. Beləliklə, demokratik dövlətlərdə olan andli məhkəmələr yarandi. XII əsrdə kralin hərbi yürüşlərində iştirak etməyə məcbur olan cəngavərlər sonralar krala "qalxan pulu" adlanan xüsusi haqq ödəyirdilər. Kral bu pulla daimi nizami muzdlu ordu saxlayirdi.
1265-ci ildə İngiltərədə ilk dəfə parlament (fransizca "danişmaq" deməkdir) çağirildi. XIV əsrdə parlament lordlar (ağalar) və nümayəndələr palatasina bölündü. Lordlar palatasina yepiskoplar, abbatlar, feodallar daxil idi. Nümayəndələr palatasina hər qrafliqdan iki cəngavər, hər iri şəhərdən iki şəhərli seçilirdi.
İngiltərə cəngavərləri ilə şəhərliləri arasinda Fransada olan silklər arasindaki kimi kəskin ziddiyyətlər yox idi. Buna görə də nümayəndələr palatasi raziliq verməsə, hər hansi bir vergi toplaninasi barədə heç bir qanun qəbul edilə bilməzdi. İngiltərə parlamenti dövlət işlərinə Fransa Baş Məclisinə nisbətən böyük təsir göstərirdi. Bunun səbəbi silklər arasinda barişmaz ziddiyyətlərin olmamasi idi. Fransada olduğu kimi, XIII–XIV əsrlərdə İngiltərədə də mərkəzləşdirilmiş dövlət möhkəmləndi. Bu dövlət formaca silki mütləqiyyət idi.Yüzillik müharibədən sonra İngiltərənin daxilində iki əyan nəsli və onlarin tərəfdarlari arasinda hakimiyyət uğrunda müharibə başlandi. Müharibə 30 il (1455–1485) davam etdi. Onlardan birinin gerbində al qizilgül, o birinin gerbində isə ağ qizilgül olduğuna görə bu müharibəni al qizilgül və ağ qizilgül müharibələri adlandirirdilar. Bu müharibələrdə əyanlar, demək olar ki, bir-birini qirib qurtardilar. Vuruşan əyan nəsillərindən birinin nümayəndəsi olan VII Henrix Tüdor (1485–1509) qalib gəldi və Tüdor sülaləsi (1485–1603) hakimiyyəti başlandi. XV əsrin sonu — XVI əsrin əvvəllərində İngiltərədə kral hakimiyyəti xeyli gücləndi.XVI əsrdə mahud istehsali kəndlərdə də yayilirdi. Varli adamlar yunu və dəzgahi kəndlilərə verir, kəndli istehsal etdiyi mahudu ancaq ona qaytarirdi. Varli adamlar ustalari kənddə bir emalatxanaya toplayirdilar. Beləliklə, usta kəndlilər indi varli adamlarin düzəltdiyi emalatxanada muzdla işləyirdi. Emalatxanin sahibinə kapitalist, işçiyə isə muzdlu fəhlə deyilirdi. Bu cür emalatxanalar kapitalist manufakturasi adlanirdi. Sənətkarlar manufakturalarda işləməyə başladilar. Yoxsullar, şagirdlər və usta köməkçiləri manufakturada muzdlu fəhləyə çevrildilər.
1549-cu ildə çəpərləməyə qarşi İngiltərənin şərqində — Norfolk qrafliğinda xirda mülkədar Robert Ketin başçiliği ilə kəndli üsyani başladi. Kəndlilər qrafliğin paytaxti Norviç şəhəri yaxinliğindaki meşədə məskən saldilar. Şəhərlilər də onlara qoşuldular. Üsyançilar Norviç şəhərini ələ keçirdilər. Kəndlilər 29 maddədən ibarət tələb hazirladilar. Onlar çəpərləmələrin dayandirilmasini, iri torpaq sahiblərinin icma örüşlərindən istifadə etmələrinin qadağan olunmasini və s. tələb edirdilər. Lakin kəndlilərin bu tələbi qəbul edilmədi. Üsyan məğlub oldu. Robert Ket edam olundu. Çəpərləmə davam etdi.XVI əsrin əvvəllərində dünya okeanlarinda ağaliq uğrunda İngiltərə və İspaniya mübarizə aparirdi. Dəniz ticarətində İngiltərənin əsas rəqibi İspaniya idi. İspaniya başqa ölkələrin onun müstəmləkələrində ticarət aparmasini qadağan etmişdi. İngiltərə hökuməti bununla razilaşmadi. Elə buna görə də, İngiltərə dəniz quldurlari İspaniya müstəmləkələrində, İspaniya sahillərində quldurluğu genişləndirdilər. İngiltərə kraliçasi I Elizabeta Tüdor (1558–1603) ticarət və gəmiçiliyi, dəniz quldurluğunu əl altdan (gizli) müdafiə edirdi. O, İngiltərənin qüdrətli donanmasini yaratdi, dəniz quldurlarina kral donanmasinin admirali rütbəsini verdi.
İngiltərədə dəniz quldurluğu çox zaman qul alveri ilə birləşirdi. Gəmi sahibi Con Hokins London varlilarinin köməyi ilə Afrikaya ekspedisiya təşkil etdi. Kraliça ona iki hərbi gəmi vermişdi. O, Afrikada 500 qul alib İspaniyanin müstəmləkələrində satmaq istədi. Lakin ispan qubernatoru qul satmağa icazə vermədi. Hokins toplardan atəş açdi, qubernator qul satişina icazə verməyə məcbur oldu. Bu "qəhrəmanliğa" görə I Elizabeta Tüdor ona cəngavər rütbəsi verdi.
1588-ci ildə ispanlar 130 yelkənli gəmi və 20 min əsgərlə Temza çayinin dənizə tökülən hissəsinə yaxinlaşdilar. İspanlar öz donanmalarini "məğlubedilməz Armada" adlandirirdilar. Armada böyük donanma deməkdir. 1588-ci ildə İngilis gəmiləri La-Manş boğazinda ispan gəmilərinə hücum etdilər. 2 həftə davam edən döyüşdə ingilislər qalib gəldilər. İngilislər abordaj döyüş qaydasindan istifadə etdilər. Abordaj gəmi bortu deməkdir. Döyüş zamani düşmən gəmisi əks tərəfin gəmisinə yanaşir, qarmaqla onu öz gəmisinə bağlayir və düşmən gəmisinə keçib vuruşur. İspan gəmiləri Şimal dənizinə sixişdirildi. Qayalara dəyən gəmilər məhv oldu. Beləliklə, 1588-ci ildə İngiltərə-İspaniya müharibəsi nəticəsində İspaniyanin dəniz qüdrəti sarsildi, dənizlərdə hökmranliq tədricən İngiltərənin əlinə keçdi.