Çili (isp. Chile) və ya rəsmi adı ilə Çili Respublikası (isp. República de Chile) – Cənubi Amerikada dövlət. Çili şərqdə And dağları ilə qərbdə Sakit okean arasında qalan, şimaldan cənuba 4300 km boyunca uzanan ərazidə yerləşir. Şimalda Peru, şimal-şərqdə Boliviya, şərqdə Argentina ilə həmsərhəddir. Cənubda Dreyk boğazı, qərbdə isə Sakit okeanla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Santyaqo, ümumi sahəsi 756,096.3 kvadrat kilometr, əhalisinin sayı 18 milyon nəfərdən çoxdur.
Çili BMT (1945), BVF (1945), BYİB (1945), ADT (1948), ÜTT (1995),Merkosur (1996, assosiativ üzv) üzvüdür.Ölkənin adı Aymara dilində "dünyanın sonu" mənasını verən "chilli" sözündən gəlir. Tarixçi Xose de Akostanın göstərdiyi kimi, "Chile" sözü keçua dilində "soyuq"[1] və ya "hədd"[2] mənasını verirdi.XX əsrin əvvəllərində (1810–1823) Bernardo Bernardo O'Higgins və Manuel Rodrigesin başçılığı ilə aparılan azadlıq mübarizəsi nəticəsində Çili xalqı İspaniyanın müstəmləkə əsarətindən azad oldu. 1837-ci ildə Çili və Argentinanın Boliviya-Peru Konfederasiyasına qarşı müharibəsı baş verir. 1864–1883-cü illərdə isə İspaniyaya qarşı olan və tarixə Birinci Sakit okean müharibəsi kimi düşən münaqişə baş verir. İkinci Sakit okean müharibəsində əldə edilən qələbələr nəticəsində Çili Cənubi Amerikanın qərb sahillərinin şəriksiz hökmranına çevrildi. XIX əsrin ortalarında Çilidə, Almaniyadan köçənlərin bir sıra yaşayış məskənlərinin əsası qoyulur.Əhalisi 17 milyon nəfərdir. Onların 25%-ni avropalılar (alman, ingilis və italyanlar), 70%-ni metislər, 3-%-ni (şimalda aymara, cənubda isə Konsepsiyon və Mont şəhərləri arasında araukana hindiləri yaşayır) hindular təşkil edir. Əhalinin ən sıx olduğu yer paytaxt Santyaqo və ətrafıdır. Ümumi əhalinin təxminən yarıya qədəri bu ərazidə yaşayır. Şəhərdə 6.5 milyon insan yaşayır ki, bu ölkənin 1/3-ini təşkil edir. Şimalda və cənubda əkinçiliyə yararlı olan Andların arasında qalan ovalıqlar da sıx məskunlaşmış yerlərdir. Santyaqonun 100 km qərbində liman şəhəri Valparaisoda 1.5 milyon insan yaşayır.
Ölkənin şimal və cənub uc nöqtələrində əlverişsiz yaşayış şəraiti olduğundan əhali seyrəkləşir.Çili əhalisinin 95%-ni avropalılar (xüsusilə basklar) və onların nəsilləri təşkil edir.[3][4][5][6] . Ölkəyə əsasən XlX əsrdə Avropadan İngilis, irland, alman, sonralar isə Xorvatiya, Fələstin, İtaliyadan immiqrantlar gəlrmişdir. Yerli hindilər, əhalinin sadəcə % 3,2'sini təşkil edir.
Çili Statistik göstərilərə görə Çilidə 50.000 (0,30%) civarında müsəlman var. Bir çox İslami quruluşun olduğu Çilidə, Çili Müsəlman İcması və Es-Selâm Məscidi Santyaqo şəhərində, Bilal Məscidi Iquique şəhərində, Muhamməd Mədəniyyət Mərkəzi isə Coquimbo (Vl bölgə) şəhərində yerləşir.
1856-cı ildə Suriya, Fələstin və Livandan Çiliyə çoxlu sayda müsəlman köç etdi. Bu müsəlmanlar Müsəlman İcması Birliyini qurdular. 1907-ci ildə ölkədəki müsəlmanların sayı 1498-ə çatmış, bu rəqəm 0,04% nisbəti ilə ölkə tarixində ən yüksək göstəriciyə yüksəlmişdir.[7] Çilidə ilk məscid 1988–1989 illərdədə Şeyx Tevfik Ruminin başçılığı ilə Santyaqoda inşa edilmişdir. 1980-ci illərin sonlarına qədər bir sıra çilili İslamı seçmişdi. Bu məscid tamamlandıqdan sonra İslama keçənlərin sayısında önəmli bir artım oldu. 1998-ci ildə Şeyx Tevfik Ruminin vəfatından sonra Üsame Ebu Gazali məscidə imam olaraq seçilmişdir.Sahəsi 756.945 km2 olan Çili Cənubi Amerika qitəsinin şimaldan-cənuba Antarktikaya qədər uzanan bir ölkə olsa da, orta eni sadəcə 180 km-dir. Ölkənin ən dar yeri (Antarktikadakı Çili torpaqları istisna olmaqla) 90 km-dir. Ən geniş yerinin uzunluğu 240 km-dir. Avropa ilə müqayisə olunsa, Danimarkadan Saxara səhrasına uzanacaq qədər bir məsafə qət edilir. Bu ölkəni "Antraktidaya açılan darvaza" da adlandırırlar. Dünyanın ən cənub şəhəri Puerto-Vilyams, ən cənub yaşayış məntəqəsi Puerto Torodur. Ən hündür dağ gölü Çunqara (dəniz səviyyəsindən 4570 m hündürlükdədir) və daimi fəaliyyətdə olan vulkanı Ualyatiri (6064 m) Çili ərazisində yerləşir. Şərq-qərb məsafəsi çox az olsa da, bu iki uc arasında çox hündürlük fərqi var. Ölkə ayrıca şimaldan cənuba çox fərqli iqlim, bitki örtüyü və coğrafi şəkillər göstərir. Bu üzdən Çili, bir çox qaynaqlardatəzadlar(müxtəlifliklər) ölkəsi olaraq tanınır. Həqiqətən də şimaldakı çölü Afrikanın Saxarasını, cənubdakı kanalları Norveç kanallarını, Los Laqosdakı Osorno və ətrafı İsveçrə Alplarını xatırladır.
Çilinin iqlimi şimalda tropik səhradan cənubda mülayim okeanadək dəyişir.Sahəsi 756.945 km2 olan Çili Cənubi Amerika qitəsinin şimaldan-cənuba Antarktikaya qədər uzanan bir ölkə olsa da, orta eni sadəcə 180 km-dir. Ölkənin ən dar yeri (Antarktikadakı Çili torpaqları istisna olmaqla) 90 km-dir. Ən geniş yerinin uzunluğu 240 km-dir. Avropa ilə müqayisə olunsa, Danimarkadan Saxara səhrasına uzanacaq qədər bir məsafə qət edilir. Bu ölkəni "Antraktidaya açılan darvaza" da adlandırırlar. Dünyanın ən cənub şəhəri Puerto-Vilyams, ən cənub yaşayış məntəqəsi Puerto Torodur. Ən hündür dağ gölü Çunqara (dəniz səviyyəsindən 4570 m hündürlükdədir) və daimi fəaliyyətdə olan vulkanı Ualyatiri (6064 m) Çili ərazisində yerləşir. Şərq-qərb məsafəsi çox az olsa da, bu iki uc arasında çox hündürlük fərqi var. Ölkə ayrıca şimaldan cənuba çox fərqli iqlim, bitki örtüyü və coğrafi şəkillər göstərir. Bu üzdən Çili, bir çox qaynaqlardatəzadlar(müxtəlifliklər) ölkəsi olaraq tanınır. Həqiqətən də şimaldakı çölü Afrikanın Saxarasını, cənubdakı kanalları Norveç kanallarını, Los Laqosdakı Osorno və ətrafı İsveçrə Alplarını xatırladır.
Çilinin iqlimi şimalda tropik səhradan cənubda mülayim okeanadək dəyişir.