This is a picture. Avstraliya və ya rəsmi adi ilə Avstraliya İttifaqi (ing. Commonwealth of Australia), oxunuş [əˈstreɪljə], (ing. Australia, lat. austrālis "Cənub") — Cənub yarimkürəsidə yerləşib Avstraliya materikini, Tasmaniya adasini, Hind və Sakit okeanlarinda yerləşən bir neçə adani əhatə edən, Millətlər Birliyinin üzvü olan dövlət. Sahəsinə görə Okeaniyada birinci, dünyada altinci yerdədir. Avstraliya İttifaqindan şimalda Şərqi Timor, İndoneziya, Papua-Yeni Qvineya, şimal-şərqdə Vanuatu, Yeni Kaledoniya, Solomon adalari, cənub-şərqdə Yeni Zelandiya yerləşir. Əhalisinin sayi 25 milyona çatir ki, onun da əksər hissəsi ölkənin yüksək urbanizasiya səviyyəsi ilə seçilən şərq sahillərində yerləşir.[2] Paytaxti Kanberra, ən böyük şəhəri isə Sidneydir. Ölkənin digər mühüm metropolis ərazilərinə Melburn, Brisben, Pert və Adelayda daxildir ki, bu şəhərlərin də hər birinin əhalisinin sayi 1 milyon nəfərdən çoxdur. Avstraliya təbii sərvətləri ilə məşhurdur. Beləki dünyanin bir çox ölkələri Avstraliyadan dəmir filizləri, eləcədə Uran filizi alirlar. Avstraliyada böyük qizil mədənləri var. Buradan hər gün küllü miqdarda qizil alinir.Avstraliya ərazisi təqribən 60 min il əvvəldən etibarən Avstraliya aborigenləri tərəfindən məskunlaşmiş ərazi olmuş, 18-ci əsrin sonlarindan etibarən isə bu əraziyə ingilis müstəmləkəçiləri gəlməyə başlamişdir. Avstraliya aborigenlərinin danişdiği dillər öz sinfinə görə 250 qrupa bölünür. 1606-ci ildə qitənin hollandlar tərəfindən kəşf edilməsindən sonra bu ərazi Yeni Hollandiya adlandirilmişdir. 1770-ci ildə Böyük Britaniya Avstraliyanin şərq sahillərini kəşf etmiş və bura ərazi iddiasi irəli sürmüşdür. 26 yanvar 1788-ci il tarixindən etibarən britaniyalilar öz ölkəsində qaydalara tabe olmayan şəxsləri Yeni Cənubi Uels əyalətindəki koloniyalara sürgün etməyə başlamişdir. Həmin tarix hal-hazirda Avstraliyanin milli bayrami olaraq hər il müntəzəm şəkildə qeyd olunur. İllər keçdikcə bu əraziyə köç edənlərin sayi da stabil şəkildə artmağa başlamiş və artiq 1850-ci ilə qədər qitənin böyük hissəsi kəşf olunmuş, həmçinin özünü idarəetmə hüququna sahib olan beş kral koloniyasi qurulmuşdur. 1 yanvar 1901-ci ildə alti koloniya federasiyalaşmaq barədə qərar qəbul etmiş və Avstraliya İttifaqi formalaşmişdir. Alti ştat və on federal ərazidən ibarət olan Avstraliya hazirda stabil liberal demokratik siyasi sistemi ilə idarə olunur.İnsanlar tərəfindən məskunlaşmiş ən düzənlik[3] və ən quru qitə olan Avstraliyanin sahəsi 7,617,930 kvadrat kilometrdir.[4][5] Ərazinin olduqca böyük olmasi səbəbilə ölkədə müxtəlif relyef formalarina rast gəlmək mümkündür. Belə ki, Avstraliyanin mərkəzi hissəsi səhralarla, şimal-şərq hissəsi tropik meşələrlə, cənub-şərq hissəsi isə dağlarla əhatə olunmuşdur.[6] Buna baxmayaraq, əhali sixliği hər kvadrat kilometrə 2.8 nəfər düşür ki, bu da dünyada ən aşaği göstəricilərdən biri hesab olunur. Avstraliya dağ-mədən sənayesi, telekommunikasiya, bankçiliq və emaledici sənaye sahələrindən yüksək gəlir əldə edir.[7][8][9] Avstraliya aborigenlərinin qaya üzərində çəkdiyi rəsmlər isə dünyanin ən qədim və ən zəngin incəsənət nümunələrindən hesab edilir.Dünyada nominal ÜDM-nin həcminə görə 13-cü, aliciliq qabiliyyəti pariteti göstəricisinə görə 19-cu yerdə qərarlaşan Avstraliya yüksək inkişaf etmiş ölkədir. Adambaşina düşən gəlirin səviyyəsinə görə dünya ölkələri arasinda 10-cu yeri tutan bu ölkənin çox böyük gəliri var.Regional güc hesab olunan Avstraliya hərbi xərclərin həcminə görə 13-cü yerdədir.[10] Ölkə əhalisinin 26%-ni immiqrantlar təşkil edir ki, bu da dünya ölkələri arasinda 9-cu ən yüksək göstəricidir.[11] Həyat keyfiyyəti, tibb, təhsil, iqtisadi və mülki azadliqlar, həmçinin siyasi hüquqlarin yüksək səviyyədə təmin olunmasi nəticəsində Avstraliya hazirda qlobal insan inkişafi indeksinə görə ikinci yerdədir.[12] Avstraliya hal-hazirda BMT, G20, Millətlər Birliyi, ANZYUS, İqtisadi Əməkdaşliq və İnkişaf Təşkilati, Dünya Ticarət Təşkilati, Asiya-Sakit Okean İqtisadi Əməkdaşliği, Sakit Okean adalari forumu və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasi kimi təşkilatlarin üzvüdür.Avstraliya adi latincada "cənubdan cənuba aid olan" mənasini verən Australis sözündən törəmişdir. Roma sivilizasiyasi zamanina aid cənubdaki bilinməyən bir ölkə mənasi (terra australis incognita) bənzər bir yerin, orta əsrlər coğrafiyasinda da alov tapildiğini göstərir, ancaq bu məlumatlar hər hansi bilinən bir qitə məlumati ehtiva etməməkdədir. Latincadaki Terra Australis Incognita termini Cənubdaki (Australis) Bilinməyən (Incognita) Torpaq parçasi (Terra) mənasini verməkdədir. 14 may 1606-ci ildə, Vanuatuya ayaq basan Pedro Fernandes de Queiros,Cənub yarimkürəsindəki bütün quru mülkiyyətinin İspaniya Kralliğina aid olduğunu iddia etmiş və qitəni Austrialía deş Espíritu Santo şəklində adlandirmişdir. Flamand dilində Australische sözü də, Bataviadaki flamandlar tərəfindən, 1638-ci ildən əvvəl, cənubda kəşf edilmiş yeni yerləri adlandirmaq üçün istifadə edilirdi. "Australia" sözünün ingilis dilində ilk istifadəsi isə 1692-ci ildə Qabriel de Foyininin yazdiği Les Aventures də Jacques Sadeur rəqs la Découverte et le Voyage de la Terre Australe adli fransizca romaninin, 1693-cü ildəki tərcüməsində görülmüşdür. Daha sonralar, 1765-ci ildə, Aleksandr Dalrimpl bu sözü, Luis Vaes de Torresin 1606-ci ildə Papua Yeni Qvineyanin cənub sahillərinə etdiyi səyahətini təsvir etdiyi kitabini ingiliscəyə çevirərkən istifadə etmişdir. Dalrimpl ayrica Avstraliya sözünü, An Historical Collection of Voyages and Discoveries en the South Pacific Ocean (1771) adli əsərində bütün Okeaniya bölgəsini təyin etmək üçün istifadə etmişdir.