Argentina (isp. Argentina) rəsmi adi: Argentina Respublikasi (isp. República Argentina) 34' 36 Cənub paralelləri və 58' 27 Qərb meridianlari arasinda, Cənub Amerika qitəsində yerləşən ölkə.
Argentinanin ümumi sahəsi 2,791,810 km²-dir[1] , əhalisi isə 2012-ci ildə aparilmiş rəsmi siyahiyaalmanin nəticələrinə əsasən 41 281 631 nəfərdir[1].
Argentina Cənubi Amerika qitəsinin cənub seqmentində, And dağlari və Atlantik okeani arasinda yerləşəir; sahil xəttinin uzunluğu 4989 kilometrdir. Ərazisinin böyüklüyünə görə Argentina Cənubi Amerika materikinin ikinci, dünyanin səkkizinci dövlətidir. Çili (5308 km), Boliviya (832 km), Paraqvay (1880 km), Braziliya (1261 km) və Uruqvay (580 km) ilə sərhəddi vardir.
Ölkə əhalisinin böyük əksəriyyəti ispan və italyan mühacirlərinin törəmələridir.Çoxlari Argentinanin adinin – latinca "argentum" mənasi "gümüş" deməkdir deyirlər, Amma bunu vurğulamaq lazimdir ki adi gümüşlə bağli deyil, ölkə də heç bir gümüş ehtiyati yoxdur. Bəzi insanlar Argentinada gümüş ehtiyati çoxdur və ölkənin də adi bununla bağlidir deyir. Bu tamamilə səhv məlumatdir.Ölkə əhalisinin sayi 2010-cu ilin siyahiyaalinmasina əsasən 40 091 359 nəfərdir. Bütün latinamerikalilar kimi argentinalilar da qarişiq genetik köklərə malikdirlər, lakin əhalinin əksər hissəsinin fenotipində (bədənində) cənubi Avropa, xüsusilə Araliq dənizi cizgiləri üstünlük təşkil edir. Əhalinin böyük əksəriyyəti avropali miqrantlarla yerli hindular və Afrikadan gətirilən qullarin qarişiğindan yaranib (Argentinada Afrika qullarinin sayi elə də çox olmayib). Müasir əhali əsasən iki proses nəticəsində formalaşib — 1 — metizasiya (müxtəlif xalqlarin qarişmasi); 2 — kütləvi Avropa immiqrasiyasi (müəyyən qədər Argentinani avropalaşdirmiş və ya bədən baximindan avropoidləşdirmiş). İspanlarin gəlişinə qədər Argentinada azsayli hindu tayfalari məskunlaşmişdilar. Beləki, ispanlar tərəfindən yerli əhalinin kişi hissəsi öldürüldükdən sonra ispan kolonistləri yerli hindularin və Afrikadan gətirilmiş qul qadinlarla evlilik qurmağa başladilar və yeni bir metis-qauço etnik qrupunu formalaşdirdilar.
Argentinaya kütləvi Avropa immiqrasiyasi 1880–1940-ci illərə təsadüf edib. Bu immiqrasiyada italyanlar — 48% üstünlük təşkil edirdilər, ispanlar-40%, o cümlədən basklar — 10%, digərləri — 12% — almanlar, fransizlar, ukraynalilar, polyaklar, ərəblər, ermənilər, yəhudilər, uelslilər, o cümlədən asiyalilardir (yaponlar,koreyalilar, çinlilər). Son vaxtlar miqrantlarin əksər hissəsi Peru, Boliviya, Paraqvay, Uruqvay və Afrikadandir.
Argentinada yaşayan hindilərin mədəniyyətində ispan istilasina qədər bir neçə yerli təsərrüfat tipi ("mədəni vilayətlər") mövcud idi: And dağlarinin ətəklərində və öndağliqda məskunlaşmiş və keçualarin təsiri ilə Diagita arxeoloji mədəniyyətini (suvarma əkinçilik, lama yetişdirilməsi, toxuculuq, qalalarin inşasi və s.) yaratmiş ən çoxsayli xalqlar; ovçuluq və yiğiciliqla məşğul olmuş Çako hindiləri (aravaklar, matakolar, tobalar, tupilər); Çayarasi xalqlari quaranilər, çarrualar, kerandilər (qirilib-yandirilan əkinçilik); Pampa və Pataqoniya hindiləri teuelçelər, 18-ci əsrdən araukanlar (dəvəquşu və quanako ovu); Odlu Torpaq adalarinda yaşayan və odlutorpaqlilar qrupuna aid edilən onalar və yaqanlar. İspan istilasi gedişində, əsasən, şəhərlərdə yaşayan və sənətkarlardan xirda ticarətçilərdən və qulluqçulardan ibarət ispan-hindi metisləri təbəqəsi yarandi. 17,18-ci əsrlərdə Afrikadan qullarin gətirilməsi nəticəsində Argentinada zəncilər və mulatlar meydana gəldi. 18-ci əsrin sonlarinda Argentinalilarin mədəniyyətinin formalaşmasinda maldar qauçolarin böyük rolu oldu. Argentina cəmiyyətinin imtiyazli ali təbəqəsini əslən metropoliyadan olanlar təşkil edirdi. Bu, yerli sakinlərin həm sayca, həm də iqtisadi cəhətdən güclənən qrupunun – ispan istilaçilarinin ağdərili nəsilləri olan və əsasən, sahilyani vilayətdə yaşayan kreollarin naraziliğina səbəb olurdu. 19-cu əsrin əvvəllərində Argentinalilarin istiqlaliyyət uğrunda mübarizəsinə kreollar başçiliq etdilər. 19-cu əsrin son rübü – 20-ci əsrin əvvəllərində Avropadan (əsasən, İspaniya və İtaliyadan) kütləvi surətdə mühacirət edənlər Argentinalilarin tərkibinə qatildi. Avropalilarin köməyilə pampani məskunlaşdirmaq istəyən hökumətin siyasəti də bu prosesə rəvac verirdi. 1870–1880-ci illərdə bir sira hərbi ekspedisiyalar nəticəsində pampanin hindi əhalisi məhv edildi, ya da dağlara sixişdirildi. Qauçolar, Argentinanin şəhər və kənd əhalisinə qarişaraq mədəni münfəridliklərini itirdilər. 1914-cü ildə mənşəcə Avropadan olanlar Argentinalilarin 30%-ini təşkil edirdi. İkinci dünya müharibəsi illərində və sonraki illərdə sənayenin inkişafi ilə əlaqədar kənd yerlərindən şəhərlərə (əsasən, Buenos-Ayresə) əhalinin kütləvi axini baş verdi. Ayri-ayri etnik qruplardan ibarət olan və əsasən, Çakoda, And öndağliğinda (Çili və Boliviya ilə sərhəddə) və Pataqoniyada yaşayan hindilər ilk dəfə əhalinin ümumi siyahiyaalinmasina daxil edildilər (2001). Ölkənin daxili vilayətlərində bir neçə etnoqrafik bölgə mövcuddur: şimal-qərbində naxişli toxuculuq (parça, xalça və s.), göndəri məmulati, şimal-şərqində (Çako) zoomorf formali polixrom keramika, sombrero toxunuşu, ağacdan, keramikadan, sümükdən və həsirdən dini səciyyəli kiçik plastika inkişaf etmişdir; cənubun toxuculuq məmulatinda (ponço, örtük, çanta, kəmər) Çili araukanlarinin təsiri əksini tapmişdir; pampadan qauçolarin sənətkarliq (metal, sümük, at qoşqusu üçün dəri emali) və folklor ənənələri qorunub saxlanmişdir.